Tarixin ən amansız boks döyüşü — Cerald Makklellan və Naycel Benn-FOTOLAR

Tarixin ən amansız boks döyüşü  — Cerald Makklellan və Naycel Benn-FOTOLAR

1995-ci ildə dünyda boks idamn tarixində ən şiddətli təkbətək döyüşlərindən biri baş verdi. Belə ki, 1995-ci ilin fevraın 25-də Londonunun “Nyu London Arena” idman salonunda WBC versiyası üzrə dünya çempionatı titulu uğrunda britaniyalı 31 yaşlı Naycel Benn ilə 27 yaşlı amerikalı Cerald Makklellan arasında çox ağır bir döyüş reallaşdı.

“Ölkə.Az” xəbər verir ki, idmançılar sözün hərfi mənasında ölüm uğrunda döyüşdülər. Nəticədə hər iki idmançı çox ağır xəsarət aldılar. Amerikalı idmançı rinqdə az qala ölsün, britaniyalı isə ağır psixoloji travma aldı və özünü öldürmək istədi. Bu döyüş Britaniya cəmiyyətində çox ciddi əksrezonansa səbəb oldu. Hətta boksun bir idman növü kimi qadağan edilməsi təklif olundu. Günahkar isə hakimlər çıxarıldı. Çünki ingilis dilini bilmədiklərindən döyüşü zamanında saxlayamayıblar.

Qalib gələcəiy təqdirdə Mekklellanı kiçik Roy Conssal təkbətək döyüş gözləyirdi. Ona görə də Makklellan 1992-ci ildə təqdimatçı Don Kinqlə əməkdaşlıq etməyə başladı. Hansı ki, Kinq öz bacarığı ilə ulduz idmançılar yetişdirirdi. Lakin Kinq çox vaxt ədalətsizcəsinə hərəkət edib, idmançılardan pul qazanmaq üçün bir vasitə kimi istifadə edib atırdı. Bu hərəkətinə görə, Kinq öz keçmiş müştəriləri tərəfindən məhkəməyə verilərək, dələduzluqda ittiham edilmişdi. Bunlar arasında Mühəmməd Əli, Larri Holms, Mayk Tayson kimi dünya şöhrətli idmançılar da olub. 1998-ci ildə aldadtığına görə Makklellan tərəfindən Kinqə qarşı 100 milyon dollarlıq təminat davası açıldı. Amma iş məhkəməyədək bitdi. Kinq məhkəməyə kimi qarşı tərəfə 14 milyon dollar verməklə canını qurtarır.

Məhz Kinq Makklellanı öz bacaraqlı məşqçisi Emanuel Styurdanı Sten Consonla dəyişməyə vadar edir. Kinqə elə bir adam lazım idi ki, həmin idmançı hətta sağlamlığını itirmək naminə nəticə üçün çalışacaq.

Döyüşdə Cerald favorit hesab olunurdu və oyunun elə biirnci raundda da bitəcəyi gözlənilirdi. Çünki Makklelan döyüşdə lider idi. Bununla belə Makklellan rəqibini daha qısa zamanda nokauta göndərən idmançı kimi tanınırdı. Onu hətta miniatür Tayson adlandırırdılar.

Burad da deyiblər sən saydığını say, gör fələk nə sayır. Makklellan da birinci raunda rəqibini noauta göndərməyi planlaşdırıb, ancaq alınmayıb. Buna baxmayaraq o rəqbini ağır nokdauna salıb. Nəticədə Benn rinqdən kanat üzərində səhnəyə düşüb. Lakin britaniyalı geri çəkilməyib, tez bir zamanda özünə gələrək döyüşü davam etdirib. İkinci raundda boksyorlar bir-birini linç etmək yolunu seçiblər və ona görə də bir-birinə ən ağır sarsıdıcı zərbələr endiriblər . Conson sonrdan xatirələrində deyir ki, Cerald Benn üzərində qələbə çalmaq yox, onu öldürmək istəyirdi. Makklellanla Benn arasında döyüş 6 raund davam edir. Döyüş uzandıqca Ceraldı əsəblərinə hakim kəsilmədiyindən hərəkətlərinə nəzarətə edə bilməyib. Nəticədə rəqibi tərəfindən başına çox sarsıdı zərbələrə dəyib. Hansı ki, sonradan bu ona çox baha başa gəlib. ?-ci raundda Makklellan məşqçisindən döyüşü dayandırmağı istəyib. “Başa düşə bilmirəm ki, nə baş verir”- Cerald şikayətlənib.

Conson onun sözünü elə də ciddiyə almayıb. Kinq də birmənalı olaraq Ceraldın döyüşdə təslim olmasını təqdir etməzdi. Ancaq Makklellanın vəziyyəti pisləşir. 9-cu raundda halsız vəziyyətdə olan Cerald ümumiyyətlə rəqbinə qarşı hücum etmədi. Onun vəziyyəti getdikcə pisləşsə də, hakimlər və köməkçilər buna əhəmiyyət verməyiblər. Vəziyyətdən istifadə edən Benn isə rəqibinə sarsıdıcı zərbələr endirməkdə davam ediblər. 9-cu raundda sarsıdıcı zərbələrdən sonra Makklellan diz üstə çöküb əlcəklə başına işarə etsə də, hakimlər buna əhəmiyyət verməyiblər. Benn yenə də rəqibinə qarşı zərbələr enidrməkdə davam edib. Cerald ayağa qalxmaq istəsə də, səyi boşa çıxıb və yerə yıxılıb.

Biritaniyalı qələbəsini təmtəraqlı formada qeyd edirdi.

Kinq isə Makklellana o qədər də əhəmiyyət verməyib və yeni çempionun ətrafında fırlanıb.

Cerald isə döyüşdən sonra 11 gün koma vəziyyətində qalıb və beynindən qematoma götürülüb. Ayılanda isə ona ayfdın olub ki, artıq bir də idmana dönə bilməyəcək.O iflic vəziyyətinə düşüb, 80 faiz görmə və eşitmə qabliyyətini itirib.

Kinq isə Ceralda hər hansı maliyyə yardımı etməkdən imtina edib. Çünki Makklellan Kinqin növbəti layihəsi idi və uğursuzluqdan sonra həmən ondan imtina edib. Hətta vəziyyət o yerə çatır ki, Çeraldın yaxınları və dostları onu ABŞ-a gətirmək üçün pul yardımı edirlər.

Lakin oyun Benn üçün də uğurlu olmur. Geyinib-soyunma otağına gedərkən huşunu itirir.Xəsətəxanada onun çənəsinin sınığı və digər ciddi zədələr olduğu bəlli olur. Benn jurnalistlərlə ilk görüşündəcə hiyləgərcəsində deyib ki, o mədən yaxşı idi. Bennin bu hərəkətindən isə Makklellanın bacısı qəzəblənib və o dəfələrə bəyan edib ki, mən Bennin ölümünü arzulayıram.

Cerald yaşasa da səhhəti çox pisdir. O çox pis eşidib və görür. Heç nəyi xatırlamır. Ailəsi və övladları onu tərk edib. Bacısı Liza ona baxır. Makklellana ayaqda qalması üçün ildə 70 min dollar laızm gəlir.

Hazırladı: Mürtəza
Ölkə.Az

Mənbə: olke.az