İngiltərə Premyer Liqasında koronavirus testinin nəticələri açıqlandı

İngiltərə Premyer Liqasında koronavirus testinin nəticələri açıqlandı

İngiltərə Premyer Liqasında klubların futbolçularının və işçilərinin koronavirus testinin nəticəsi açıqlanıb.

Qol.az Liqanın saytına istinadən xəbər verir ki, 1008 nəfərin keçdiyi koronavirus testinin 4-ü müsbət çıxıb. Həmin şəxslərin 3 klubdan olduğu vurğulanıb. O, 7 gün müddətində karantində olacağı bildirilib.

Koronavirus aşkarlanan şəxslərin adları və klubları haqda məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəlki testdə 8 nəfərdə koronavirus aşkarlanmışdı.

Mənbə: qol.az