Kimmixdən yeni rekord

Kimmixdən yeni rekord

Almaniya Bundesliqasının 28-ci turunda Dortmund "Borussiya”sı öz meydanında "Bavariya"ya 0:1 hesabıyla yenilib.

Fanat.Az xəbər verir ki, vurduğu qolla münhenlilərə önəmli qələbə qazandıran Yozua Kimmix yeni rekorda imza atıb.

Kimmix "Borussiya” ilə matçda 13,73 km məsafə qət edib. Bu, Münhen təmsilçisində 2013/14 mövsümündən etibarən Bundesliqada qeydə alınan ən yüksək göstəricidi.

"Bavariya”da 2013/14 mövsümündən bəri futbolçuların oyunlar zamanı qət etdiyi məsafələrin statistikası aparılır.

Fanat.Az

Mənbə: www.fanat.az