Premyer Liqada daha 4 futbolçuda koronavirus tapıldı

Premyer Liqada daha 4 futbolçuda koronavirus tapıldı

İngiltərə Premyer Liqası futbolçu və klub əməkdaşlarının koronavirus testindən keçirilməsinin 3-cü mərhələsini başa vurub.

Yenisabah.az xəbər verir ki, müayinədə ümumilikdə 1008 oyunçu və əməkdaş yoxlanılıb.

Mayın 25-26-na təsadüf edən yoxlamada dörd test müsbət nəticə verib. Bu isə o deməkdir ki, üç klubu təmsil edən bu “dördlük”də koronavirus aşkarlanıb. Adları açıqlanmayan həmin şəxslər bir həftəlik karantinə alınıb.

Qeyd edək ki, birinci mərhələdə 6, ikincidə 2 test müsbət nəticə verib. /Apasport

Mənbə: yenisabah.az