Məşhur qapıçı koronavirusa yoluxub

Məşhur qapıçı koronavirusa yoluxub

İngiltərənin "Bornmut" futbol klubunun qapıçısı Aron Remsdeyl koronavirusa yoluxub. Day.Az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

22 yaşlı idmançı məşqlərə başlamamışdan öncə test verdiyini və testin nəticəsinin mənfi çıxdığını, lakin sonradan virusa yaxalandığını qeyd edib. Qapıçı karantinə alınıb.

Son məlumata görə, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 266,5 min nəfəri keçib.

Mənbə: news.day.az