“Liverpul” Verneri almaqdan imtina etdi

“Liverpul” Verneri almaqdan imtina etdi

Almaniyanın “Leyptsiq” futbol klubunun forvardı Timor Verner İngiltərənənin “Liverpul”una keçməyəcək. “Qafqazinfo” bildirir ki, bu barədə “Daily Mirror” xəbər verib.

Mənbənin məlumatına görə, mersisaydlılar 24 yaşlı futbolçunu almaqdan imtina ediblər. “Leyptsiq” Verner üçün ən azı 55 milyon avro almaq istəyir, lakin “Liverpul” oyunçuya bu qədər xərcləməyə hazır deyil.

Cari mövsümdə Verner 39 matç keçirib. Onun hesabında 30 qol vurub və 10 nəticəli ötürmə edib.

Mənbə: qafqazinfo.az