Klub azarkeşlərin istəyinə görə futbolçu ilə müqaviləni yenilədi

Klub azarkeşlərin istəyinə görə futbolçu ilə müqaviləni yenilədi

Qeri Meyli

Şotlandiyanın "Livinqston" klubu qapıçısı Qeri Meyli ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı qolkiper daha bir il komandada çıxış edəcək.

Təcrübəli oyunçunun teleyinə azarkeşlər qərar verib. "Livinqston" "Twitter" səhifəsində bununla bağlı sorğu keçirib. 200 minə yaxın şəxs səsverməyə qatılıb, onlardan 70 faizindən çoxu Meylinin klubda qalmasının tərəfdarı olub.

Qeyd edək ki, Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub, "Seltik" çempion elan edilib.

Mənbə: report.az