Balotelli "Breşiya"nı da bezdirdi - klub prezidenti açıqladı

Balotelli "Breşiya"nı da bezdirdi   - klub prezidenti açıqladı

"Breşiya"nın prezidenti Massimo Çellino komandanın hücumçusu Mario Balotelli ilə yolların ayrılacağıqnıdeyib.

Buna səbəb Qana əsilli italiyalı hücumçunun komandanın məşqlərinə qatılmamasıdır. Klub rəhbəri yayda 29 yaşlı hücumçunun komandada qalmayacağını söyləyib:

"Balotelli məsələsində məyusuq. Bu barədə çox danışıldı. Qərib insandır, ağlı bizdə deyil. Onu mətbuat üçün deyil, komandaya fayda verəcəyini düşünüb almışdıq. O, komandada qalmayacaq".

Balotelli bu mövsüm 19 oyunda 5 qol vurub. Hücumçu daha öncə "İnter", "Milan", "Mançester Siti", "Liverpul", "Nitsa" və "Marsel" kimi klublarda çıxış edib.

Mənbə: xezerxeber.az