"Trabzonspor"un qapıçısı Fransa klubunun hədəfində

"Trabzonspor"un qapıçısı Fransa klubunun hədəfində

Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Renn" klubu "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı transfer etmək istəyir.

Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan "qırmızı-qaralar" çərçivəni 24 yaşlı qapıçıya həvalə etmək istəyir.

"Trabzonspor" türk qolkiperin keçidi üçün 25 milyon avro tələb edir. FransızlarUğurcanı transfer etmək üçün məbləği aşağı salmağa çalışır.

Uğurcanın "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Super Liqada 25 oyun keçirib.

Mənbə: xezerxeber.az