"Real Madrid" dünya çempionuna görə 4 futbolçusu ilə vidalaşa bilər

"Real Madrid" dünya çempionuna görə 4 futbolçusu ilə vidalaşa bilər

Pol Poqba

İspaniyanın "Real Madrid" klubu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Pol Poqba üçün 4 futbolçusundan imtina edə bilər.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 27 yaşlı fransalı yarımmüdafiəçi ilə Martin Edeqor, Xames Rodriqes, Lukas Vaskes və Mariano Diası dəyişdirməyə hazırdır.

Qeyd edək ki, Pol Poqba 2019/2020 mövsümündə 8 oyunda meydanda olub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi ayaq biləyindəki zədə səbəbindən mövsümün çox hissəsini buraxıb. 2018-ci ildə Rusiyada keçirilən dünya çemionatının qalibi olan futbolçunun klubu ilə gələn ilin iyununadək müqaviləsi var.

Mənbə: report.az