"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo yayda komandanı tərk edə bilər.

Fanat.Az "La Gazzetta dello Sport"un jurnalisti Nikolo Skiraya istinadən xəbər verir ki, "Yuventus" Jorjinyonu transfer etməyə çalışır. Xüsusilə də baş məşqçi Mauritsio Sarri 28 yaşlı futbolçunun xidmətində maraqlıdı. "Qoca sinyora" Miralem Pyaniçi Jorjinyo qarşılığında "zadəganlar"a göndərməyə hazırdı. Danışıqlar davam edir.

"Yuventus"la yanaşı, PSJ və "Çelsi" də Braziliya əsilli italyan futbolçunu heyətinə qatmaq niyyətindədi. "Çelsi"nin hazırda Jorjinyonu satmaq barədə düşünmədiyi bildirilir.

Jorjinyonun müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Fanat.Az

Mənbə: fanat.az