Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

La Liqa prezidenti Xavyer Tebas son açıqlamasında mövsümün 11 iyunda bərpa olunacağını qeyd etmişdi. Artıq məsələ ilə bağlı çalışmalar gedir.

Hələlik La Liqanın təqviminin necə olacağı bəlli deyil. Bununla belə, kulislərdə müəyyən məlumatlar "gəzir". Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, çempionat oyunları 35 gün ərzində fasiləsiz şəkildə keçiriləcək.

Səhiyyə qurumları matçların yerli vaxtla saat 19:30-dan erkən olmamaq şərtilə oynanılmasını tövsiyə ediblər. Qarşılaşmaların yay ayında keçiriləcəyini nəzərə alsaq, dehidrasiyanın qarşısını almaq üçün federasiyanın bu yöndə qərar qəbul edəcəyi gözlənilir.

Daha öncə La Liqa oyunlarında süni azarkeş effektlərindən istifadə ediləcəyi bildirilmişdi.

Fanat.Az

Mənbə: fanat.az