İspaniyada yeni qalmaqal: “Real” lider olsaydı, çempionatı bitirəcəkdilər”

İspaniyada yeni qalmaqal: “Real” lider olsaydı, çempionatı bitirəcəkdilər”

İspaniyada çempionatının davam etdirilməsiylə bağlıqərar yeni mübahisələrə səbəb olub.

Sport7.az xəbər verir ki, iki aylıq fasilədən sonra La Liqa iyun ayının ortalarında yenidən başlayacaq. Mövsümün tam yekunlaşmasıüçün 11 tur keçirilməlidi.

Alınan bu qərar xüsusiylə də "Barselona” cəbhəsindənarazılığa səbəb olub.

 

2002-2003-cü illərdə "Barselona”nın prezidentiolmuş Joan Qaspart federasiyanın bu qərarını tənqid edib.

Sitat: "Koronavirus təhlükəsi hələ də davam edir.Elə bu təhlükəyə görə də çempionatın oyunları dayandırılmışdı. İndi nə dəyişdi?Sizi əmin edirəm ki, birinci yerdə "Barselona” yox, "Real” olsaydı, mövsümübitirər və "Real”ı çempion elan edərdilər”.

Qeyd edək ki, hazırda "Barselona” "Real”ı iki xallaqabaqlayır.

Sport7.az

Mənbə: sport7.az