Çempionat dayandırıldı, kubokun finalı isə...

Çempionat dayandırıldı, kubokun finalı isə...

Belçika Futbol Federasiyası daha bir maraqlı qərarlagündəmə gəlib.

Sport7.az xəbər verir ki, Belçikada çempionatkoronavirus səbəbindən yarımçıq saxlanılıb və "Brügge” çempion elan edilib.Bununla belə yerli federasiya kubokunun final qarşılaşmasını təşkil etmək barədəqərar çıxarıb.

Ölkə kubokunun finalı avqustun 1-də azarkeşlərsizoynanayacaq. Final qarşılaşması Brüsseldəki "Kral Baudouin” stadionunda keçiriləcək.

Final qarşılaşmasında çempion "Brügge” ilə "Antverp”qarşılaşacaq.

Sport7.az
 

Mənbə: sport7.az