Gürcü məşqçi Salyanda ölümdən dönüb?

Gürcü məşqçi Salyanda ölümdən dönüb?

Bir vaxtlar Tovuzun "Turan” komandasını çalışdırangürcüstanlı mütəxəssis Revaz Dzodzuaşvili Salyanda ölümdən qurtulub.

Sport7.az xəbər verir ki, bu barədə "Turan”ın sabiqrəisi İman Həsənov ötən günləri xatırlayarkən deyib.

Sitat: "Salyanda "Muğan”la qarşılaşırdıq. Həminoyunda bizə 1 xal da sərf edirdi. Komandanın baş məşqçisi də gürcü RevazDzodzuaşvili idi. İlk yarıda qol vurmağı bacardıq. Həmin an yuxarıdan kimsəböyük daş parçasını bizim texniki zonaya, baş məşqçinin durduğu yerə tulladı. Bəxtimizonda gətirdi ki, həmin an Dzodzuaşvili yerində oturmuşdu. İkinci hissədə meydansahibləri hesabı bərabərləşdirməyi bacardılar və oyun heç-heçə başa çatdı.

Qarşılaşmadan sonra bizim düşərgədə hamı sevinərkən,gördüm baş məşqçimiz bir tərəfə çəkilərək sakit dayanıb. Ona yaxınlaşaraq "istədiyimizənail olduq, anaq siz kədərli görünürsüz” demişdim ki, yazıq sanki ürəyiniboşaldırmış kimi "həmin daş mənə dəysəydi, nə olardı? Bu yaşda belə ucuz ölümlədünyadan köçmək məni hələ də düşündürür. Mən necə sevinim?” söyləyib, az qalaağladı”. (Futbol+)

Mənbə: sport7.az