Futbolçuya görə kulub rekord məbləğdə qazancı əldə etdi

Futbolçuya görə kulub rekord məbləğdə qazancı əldə etdi

Yaponiya klubu "Vissel Kobe" rekord məbləğdə qazanc əldə edib.

Apasport.az saytının məlumatına görə, klub 2019-cu ildə 96 milyon avroluq mənfəət əldə edib.

Buna qədər Yaponiya çempionatında rekord gəlir 2018-ci ildə 81 milyon avro idi. "Vissel Kobe"nin ötən il sponsorluq gəliri 10 milyon avro artıb. Həmçinin bilet, klubun forma və digər avadanlıqlarının satışı əhəmiyyətli dərəcədə artıb.

Yaponiya mətbuatı "Vissel Kobe"nin qazancının ildən-ilə artmasını ispaniyalı futbolçu Andres İnyesta ilə əlaqələndirir. Məhz onun sayəsində həm sponsorların, həm də azarkeşlərin kluba və oyunlarına olan marağı artıb.

Qeyd edək ki, Andres İnyestanın "Vissel Kobe" ilə müqavilə müddəti gələn ilin sonuna qədərdir.

Mənbə: lent.az