PSJ-ni "Arsenal"a dəyişir

PSJ-ni "Arsenal"a dəyişir

PSJ-nin müdafiəçisi Leven Kürzava "Arsenal"da oynamaq niyyətindədi.

Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Kürzava yayda azad agent kimi "Arsenal"a keçmək istəyir. Daha öncə fransız futbolçunun adı "Atletiko" ilə birlikdə hallanırdı.

2019-20 mövsümündə 23 oyunda forma şansı əldə edən Kürzavanın aktivində 1 qol, 2 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az