Millimizin futbolçusu çempionatın bərpasından sonra ilk matçı buraxacaq

Millimizin futbolçusu çempionatın bərpasından sonra ilk matçı buraxacaq

Futbol üzrə İspaniya Sequndası Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin matçı ilə bərpa olunacaq.

"Report" "Mundodeportivo"ya istinadən xəbər verir ki, komanda XX turdan təxirə salınmış "Rayo Valyekano" ilə səfər görüşünə çıxacaq.

Qarşılaşma 15 dekabr 2019-cu ildə təxirə salınıb. Həmin vaxt matçın ilk yarısı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Fasilədən sonra isə "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb kimi İsrafilovun komanda yoldaşı Roman Zozulyanı yerli fanatların təhqir etmələri göstərilib. Onlar Zozulyanı Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar. İyunun 11-də və ya 12-də matçın ikinci yarısı oynanılacaq.

Görüşün 45-ci dəqiqədə İsrafilov qırmızı vərəqə alaraq meydandan qovulub, bu səbəbdən "Albasete" meydana 10 nəfərlə çıxacaq.

Qeyd edək ki, "Albasete" 30 oyundan sonra 35 xalla 18-ci, "Rayo Valyekano" isə 40 xalla 11-ci pillədə qərarlaşıb.

Mənbə: report.az