Almaniyalı futbolçu maaşını azaltmaqdan imtina etdiyi üçün matçlardan kənarlaşdırıldı

Almaniyalı futbolçu maaşını azaltmaqdan imtina etdiyi üçün matçlardan kənarlaşdırıldı

Sebastyan Polter

Almaniyanın "Union Berlin" klubu futbolçusu Sebastyan Polterin matçlarda iştirak etməyəcəyini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu pandemiya zamanı əmək haqqını azaltmaqdan imtina etdiyi üçün komandadan kənarda qalacaq.

Almaniyalı oyunçu rəhbərliyin qərarı ilə razılaşmayan yeganə futbolçudur. Polterin müqaviləsi yayda başa çatır, klub həmin vaxta qədər forvarda məşqə qatılmağa icazə verib.

Qeyd edək ki, Sebastyan Polter 2017-ci ildən "Union Berlin"də çıxış edir. Mart ayında koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası mayın 16-da bərpa olunub. "Union Berlin" 28 oyundan sonra 31 xalla 13-cü pillədə qərarlaşıb.

Mənbə: report.az