Viktor Valdesin yeni iş yeri bəlli oldu

Viktor Valdesin yeni iş yeri bəlli oldu

Viktor Valdes "Orta" klubunun baş məşqçisi təyin olunub.

Fanat.Az "Orta"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Valdes yeni mövsümdən komandanın başına keçəcək. Kataloniya təmsilçisi İspaniya 4-cü divizionunda mübarizə aparır.

38 yaşlı mütəxəssisin sonuncu iş yeri "Barselona"nın U-19 komandası olub.

Qeyd edək ki, Valdes 2002-2014-cü illər aralığında "Barsa"nın qapısını qoruyub.

Fanat.Az

Mənbə: fanat.az