Baş məşqçi üsyan edir: “165 min manatımızı AFFA havaya uçurdu”

Baş məşqçi üsyan edir: “165 min manatımızı AFFA havaya uçurdu”

Ötən cümə AFFA İcraiyyə Komitəsi U-19 istisnaolmaqla bütün liqalarda mövsümün erkən başa çatdığını açıqladı. AFFA-nınbayrağı altında keçirilən aşağı yaş qrupu üzrə liqalarla yanaşı, böyük maraq kəsbedən, bölgədəki azarkeşlərin sevə-sevə izlədiyi Region Liqasına da yekun nəticə bəlli olmadan nöqtə qoyuldu. Halbuki cari mövsümdə də çempion olmaq yolunda yetərincəəziyyət çəkən, bu yöndə maliyyə sərf edən komandalar var idi.

Bu dəfə Region Liqasında kuboku başı üzərinəqaldırmağa ən real namizədlərdən biri Qusar "Şahdağ”ı idi. Kamran Əlibabayevinyetirmələri liqanın ikiqat qalibi "Uğur”la eyni qrupda yer alsa da, pley-off ərəfəsindəŞimal zonasında ilk pillədə qərarlaşmışdı. Ölkənin ən köklü klublarından biriolan, hazırda Region Liqasında mübarizə aparan "Şahdağ”ın baş məşqçisi KamranƏlibabayev "Futbol+” qəzetinə açıqlamasında bu qərara qarşı üsyan edib.

- Nə fərqi var, komanda hansı liqada, hansıdivizionda çıxış edir? Ötən həftə AFFA-nın bayrağı altında keçirilən aşağı yaşqrupları üzrə çempionatlarla yanaşı, Region Liqasında da mövsümün erkən başaçatdığını elan etdilər. Birinci divizionun taleyi isə məlum deyil. Yalnızpremyer-liqa və U-19-la bağlı çempionatın davam etdirələcəyi gözlənilir. Bu nədərəcədə düzgündü? Elitada, U-19 liqasında da meydana 22 futbolçu çıxır, RegionLiqasında da. Onlar da futbol qaydaları əsasında qalibi müəyyənləşdirir, biz də.Belə olan halda Region Liqasını erkən başa vurmaq nə dərəcədə düzdü? Kimsə mənəbu qərarı əsaslandırsın. Bəlkə Kamran Əlibabayevin futboldan anlayışı yoxdu,qaydalardan bixəbərdi? İlboyu bütün mütəxəssislər, idman mediası RegionLiqasının əsl Azərbaycan çempionatı olduğunu dəfələrlə qeyd ediblər.Telekanallarda, mətbuatda hamı liqanın nə qədər maraqlı olduğunu vurğulayıb.Ancaq nədənsə qərar veriləndən sonra heç kim bu barədə danışmır, bir kəlmə dədemir ki, Region Liqasının erkən başa çatdırılmasının arxasında nə durur?

- Bir çox mütəxəssislərin fikrincə, cari mövsümdəçalışdırdığınız "Şahdağ” Region Liqasının qalibi olmağa ən real namizəd idi.İstər yay, istərsə də qış fasiləsi dönəmində keçirdiyiniz toplanışlara,yığdığınız heyətə əsasən belə fikir formalaşmışdı. Sirr deyilsə, marta qədərsponsor tərəfindən nə qədər pul xərclənmişdi?

- Bu gün heç kim pulunu çölə atmır. Futbola sərmayəyatızdıran şirkət və ya insan xərclədiyi vəsaitin qarşılığını görmək istəyir.Hamı bilir ki, "Şahdağ” Region Liqasında çıxış edən komandalar arasında maliyyəcəhətdən ən sabit dayağa sahib olanlardan biridi. Bəli, düz qeyd etdiz ki, istərmövsümə hazırlıq, istərsə də qış fasiləsində çalışdırdığım komanda divizon vəelita təmsilçiləri kimi normal toplanış keçib, lazımi qaydada işlər görülüb. Nəqədər pul xərcləməyimizə gəlincə, burda gizli heç nə yoxdu. Çempionat dayananakimi sponsorumuz olan şirkət 165 min manat pul xərcləmişdi. Bura futbolçuların əməkhaqqıilə yanaşı, toplanışlara sərf olunan vəsait də daxildi. Bütün bu pullar nə üçünsərf olundu? "Şahdağ”ın Region Liqasının qalibi olması üçün. Ancaq sondaçempionata nöqtə qoyulmadı. Belə çıxır ki, Region Liqasının U-19 liqası qədərhörməti yoxdu. Başa düşürəm, Gənclər Liqasının qalibi ölkəmizi UEFA-nın təşkiletdiyi Gənclər Liqasında təmsil edəcək və buna görə həmin klubun hesabına vəsaitköçürüləcək. Bəs bizim xərclədiyimiz pullar? Onun əvəzini kim verəcək? Maliyyədənəlavə görülən işlərə də dəyər verən olmadı. Məncə, Region Liqası da elita kimisona qədər oynanılmalıydı. Liqaya göstərilən münasibət qarşıdakı ildə təsirinigöstərəcək. Bəlkə də hansısa iş adamı yaşadığı rayonun komandasına sponsorluqetmək fikirnə düşərdi. Ancaq bugünkü münasibət həmin insanların da əlini işdənsoyutdu.

- Əvvəlki açıqlamalarınızda da dəfələrlə qeydetmisiz ki, əsas məqsədiniz birinci diviziona yüksəlməkdi. Növbəti "futbolili”ndə "Şahdağ”ı peşakar status daşıyan liqada görə bilərik?

- Bu gün başverənlərə nəzər salanda adam heç nəyə əminlikləcavab verə bilmir. "Şahdağ” birinci divizionda çıxış etməyə tam hazırdı. Aşağıyaş qrupu üzrə komandalarımız var, klub sabit maliyyə dayağına sahibdi. Yeganəproblem stadionla bağlıdı ki, onu da həll etmək çətin deyil. Region Liqasında rəqibləriSiyəzəndəki arenada qəbul edirik. Birinci divizionda çıxış edəcəyimiz haldaSumqayıtdakı "Kapital Bank Arena”nın xidmətindən müvəqqəti yararlana bilərik.Qusar stadionunda da təmir işləri davam etdiriləcək. Qısa zamanda öz arenamızda hazır ola bilər. Bilirsiz, necədi? Region Liqasında mübarizə aparan "Şahdağ”sabah birinci diviziona yüksəlsə, bu, liqada çıxış edən başqa klublar üçün dəmotivasiya, stimul ola bilər. O biri klublar da çalışacaq ki, bizim kimidayanıqlı sponsora sahib olsunlar və yekunda daha yuxarı diviziona yüksəlsinlər.Həmişə demişəm və bir daha təkrarlamaq istəyirəm: Qusar futbol rayonudu və nə qədərki burda böyük futbol olacaq, yığmaya layiqli futbolçular verə biləcəyik.Futbol ictimaiyyəti, idman mediası da yaxşı bilir ki, müstəqillik illərindəQusar futbol məktəbinin, "Şahdağ”ın neçə-neçə yetirməsi ölkənin aparıcıklublarının şərəfini qoruyub, yığmalarda seçilən oyunçular olublar. Qusarfutbol bölgəsidi, onu sıradan çıxarmaq düz deyil. Hərçənd kimlərsə bundamaraqlıdı.

Sport7.az
 

Mənbə: sport7.az