Qrossmeysterimiz "İpək Yolu Kuboku"nun qalibi oldu

Qrossmeysterimiz "İpək Yolu Kuboku"nun qalibi oldu

Rauf Məmmədov Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə onlayn şəkildə keçirilən "İpək Yolu Kuboku”nun qalibi olub.

Fanat.Az xəbər verir ki, qrossmeysterimız bunu 15 tura 11,5 xal yığaraq bacarıb.

Raufdan yarım xal geri qalan gürcü Baadur Cobava ikinci, Nicat Abbasov isə (10,5) üçüncü yeri tutub.

Şəhriyar Məmmədyarov və Vüqar Rəsulovun hərəyə 10 xal topladığını da bildirək.

Fanat.Az

Mənbə: fanat.az