Bundesliqanın liderinə ağır cəza

Bundesliqanın liderinə ağır cəza

Avstriya Bundesliqasının lideri LASK cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Avstriya Futbol Federasiyası yayıb.

Səbəb komandanın çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokola əhəmiyyət verməməsidi. Linz təmsilçisi yalnız kiçik qruplar şəklində məşqə icazə verildiyi halda, kollektiv hazırlığa başlayıb.

Buna görə yerli federasiya klubun 6 xalını silib və 75 min avro cərimələyib. Federasiya həm qoyulan qaydaya məhəl qoymadığı, həm də məşqə erkən başlayaraq, rəqibləri ilə haqsız rəqabət apardığı üçün kluba bu cəzanı kəsib.

Xalı silinən LASK 2-ci pilləyə düşüb. "Zalsburq” isə zirvəyə yüksəlib. Sona 10 tur qalmış "Zalsburq”un 24, LASK-ın isə 21 xalı var.

Qeyd edək ki, Avstriya Bundesliqası iyunun 2-də bərpa olunacaq.

Fanat.Az

Mənbə: fanat.az