Superliqa klubunun 5 üzvü koronavirusa yoluxub

Superliqa klubunun 5 üzvü koronavirusa yoluxub

Superliqa təmsilçisi "Yeni Malatyaspor"da 4 futbolçu və 1 klub rəsmisinin "COVİD-19" testi müsbət nəticə göstərib.

Sport7.az xəbər verir ki, 3 futbolçuda yoluxma olduğu şübhələri yaranıb. Bu haqda klubdan məlumat verilib. Açıqlamada bunlarla yanaşı daha əvvəl virusa yoluxmş klub üzvlərindən birinin təkrar testi mənfi, başqa bir futbolçuda isə ikinci dəfə müsbət nəticə göstərdiyi bildirilib.

Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı rəsmən açıqlanıb. Artıq yarışın təqvimi də məlumdu. "Yeni Malatyaspor" 27-ci tur çərçivəsində iyunun 13-də öz meydanında "Kasımpaşa" ilə qarşılaşacaq.

Superliqada qalmaq üçün mübarizə aparan komanda 25 xalla 15-ci pillədə məskunlaşıb.

Sport7.az

Mənbə: sport7.az