Premyer Liqa: Oyunların başlama saatları açıqlandı

Premyer Liqa: Oyunların başlama saatları açıqlandı

İngiltərə Premyer Liqası 17 iyunda bərpa olunacaq.

İlk olaraq, Liqa Kubokunun finalı səbəbindən 28-ci turdan təxirə salınmış "Mançester Siti" - "Arsenal" və "Aston Villa" - "Şeffild Yunayted" görüşləri keçiriləcək. Bütün komandaların oyun sayı 29-a çatdıqdan sonra isə 19 iyunda 30-cu tura start veriləcək.

Fanat.Az İPL-in saytına istinadən xəbər verir ki, artıq oyun cədvəlinin ilkin formatı da bəlli olub.

Həftə sonu oynanılacaq matçların başlama saatları (saatlar İngiltərə vaxtı ilə göstərilib, Bakı ilə arada üç saat fərq var - Fanat.Az):

Cümə günü - 20:00;

Şənbə - 12:30, 15:00, 17:30, 20:00;

Bazar - 12:00, 14:00, 16:30, 19:00.

Həftə içi keçiriləcək oyunların başlama saatları:

Bazar ertəsi - 20:00;

Çərşənbə axşamı - 18:00, 20:00;

Çərşənbə - 18:00, 20:00;

Cümə axşamı - 18:00, 20:00.

Fanat.Az

Mənbə: fanat.az