La Liqada cari mövsümün bərpa və yeni mövsümün başlama vaxtları bəlli oldu

La Liqada cari mövsümün bərpa və yeni mövsümün başlama vaxtları bəlli oldu

İspaniya La Liqasının prezidenti Xavyer Tebas cari mövsümün bərpa və yeni mövsümün başlama tarixlərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 57 yaşlı funskioner "Mundo Deportivo"ya açıqlamasında qeyd edib:

"Mövsümü 11 iyunda bərpa edəcəyik. 130 nəfərdən çox insan La Liqada təşkilati işlərdə çalışır. Hər şey yeni formada olacaq. Biz hazırıq və əsas məqsədimiz çempionatı bitirməkdi. Növbəti mövsüm isə 12 sentyabrda başlayacaq".

27 turdan sonra aktivində 58 xalı olan "Barselona" liderdi. İkinci "Real" əzəli rəqibindən iki xal geri qalır.

Mənbə: fanat.az