"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını andılar

"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını andılar

"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını yad ediblər.

Fanat.Az xəbər verir ki, 1985-ci ildə Belçikanın "Heyzel" stadionunda sözügedən iki komanda arasında oynanılan Avrokubok finalında tribunalardan birinin divarının çökməsi nəticəsində 39 nəfər ölmüş, yüzlərlə insan ağır xəsarətlər almışdılar. "Liverpul" azarkeşləri hadisənin əsas günahkarları elan edilmiş və yekunda ingilis klublarının avrokuboklarda iştirakına 5 il müddətinə qadağa qoyulmuşdu.

"Yuventus" hadisə qurbanlarını belə yad edib: "Heyzel" sözünü heç vaxt unutmayacağıq. 35 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı xatirələr indi də emosiyalarımızı oyadır".

"Liverpul"un paylaşımında isə qeyd olunub: "Siz heç vaxt yalnız yeriməyəcəksiniz".

Fanat.Az

Mənbə: fanat.az