Verner "İnter"ə keçməyəcək

Verner "İnter"ə keçməyəcək

"Layptsiq"in hücumçusu Timo Vernerin "İnter"ə transferi baş tutmayacaq.

Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, bu barədə "İnter"in idman direktoru Pyero Auzilio məlumat verib:

"Verner həmişə bizim xoşumuza gəlib. Amma o, "İnter"ə keçməyəcək. Bilirəm, bunun üçün müxtəlif səbəbləri var. Vernerin və ətrafının fikirlərinə bələdəm. Onun təzminat məbləğini ödəmək olardı. Sadəcə, Verner "İnter"ə keçmək niyyətində deyil".

Daha əvvəl "İnter"in alman futbolçunun ətrafı ilə əlaqə saxladığına dair xəbərlər yayılmışdı.

Cari mövsümdə Bundesliqada 28 matçda meydana çıxan Vernerin aktivində 24 qol, 7 məhsuldar ötürmə var.

Fanat.Az

Mənbə: fanat.az