Premyer Liqamız nə vaxt bərpa olunur? - AFFA iclas çağırdı

Premyer Liqamız nə vaxt bərpa olunur? -  AFFA iclas çağırdı

Xəbər verdiyimiz kimi, mayın 31-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Bəs, Premyer Liqamızda mövsümün bərpası nə vaxta planlaşdırılır?
Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departametinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında bildirib ki, bununla bağlı məsələ yaxın günlərdə müzakirə ediləcək.
“AFFA rəhbərliyi, PFL və klubların iştirakı ilə yaxın günlərdə videokonfrans keçiriləcək. Həmin iclasda çempionatın bərpa tarixi ilə bağlı qərar veriləcək” – deyə PFL rəsmisi bildirib.
Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından Azərbaycanda futbol yarışları dayandırılıb.

 

Mənbə: qol.az