"Borussiya"da zədə problemi: Holand oynamayacaq

"Borussiya"da zədə problemi: Holand oynamayacaq

Dortmund "Borussiya"sı Bundesliqanın 29-cu turu çərçivəsində "Paderborn"la oynanılacaq matç ərəfəsində problemlə üzləşib.

 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Borussiya" "Paderborn"la oyunda Erlinq Holand və Mahmud Dahudun xidmətindən istifadə edə bilməyəcək.

Dahud dizindəki zədə səbəbindən mövsümü bağlayıb. Holand isə "Bavariya" ilə oyunda (0:1) hakim Tobias Ştilerlə toqquşduqdan sonra xəsarət almış və meydanı tərk etmək məcburiyyətində qalmışdı. Norveçli futbolçunun dəqiq bərpa müddəti barədə hələlik rəsmi məlumat yoxdu.

Hazırda aktivində 57 xal olan "Borussiya" lider "Bavariya"dan 7 xal geri qalır.

Fanat.Az

Mənbə: fanat.az