Aslan Şahgəldiyevin "28 may xatirələri": "Bir gözümüz gülsə də, diğəri ağladı"

Hər il 28 may Respublika günündə PFL-in gözəl bir ənənəsi vardı, qurumun əməkdaşları kubokun finalını ikiqat bayrama çevirərdilər.

Ancaq bu il koronavirus səbəbindən ölkəmizdə tədbiq edilən karantin rejimi futbol bayramının təxirə salınmasına səbəb oldu.

Respublika günündə kubokun final oyununun təşkilatçılığında xüsusi yeri və böyük əməyi olanlardan biri də PFL-in əsas simalarından sayılan Aslan Şahgəldiyevdir.

Elə Aslan bəylə də bu barədə danışdıq. Müsahibimiz Sport7.az-a açıqlamasında xatirələrindən və ən yaddaqalan finalın hansı ildə olduğundan bəsh etdi.

"Azərbaycan kubokunun final qarşılaşmasının Respublika günündə keçirilməsi həqiqətən xoş ənənə idi. PFL olaraq təqvim imkan verdiyi təqdirdə, çempionatı tez bitirmək kimi məcburiyyətimiz olmadığı əksər hallarda kubokun final oyunu 28 may tarixində keçirilirdi. Ümumiyyətlə, PFL-in təşkilatçılığı ilə Azərbaycan Kubokunun finalı xüsusi ab-havada keçirilirdi. Necə deyərlər bayram, bayrama qarışırdı. Bizim üçün də açılış mərasimini təşkil etmək maraqlı olurdu.

Final oyununa bir neçə ay öncədən hazırlaşırdıq, oyundan öncə keçirilən möhtəşəm açılış mərasimi, oyun sonrası mükafatlandırma mərasimi, jurnalisitlər, azarkeşlər üçün uduşlu hədiyyələrin təqdim olunması üçün xüsusi ssenarilər düşünürdük. Hər il kubok oyununu öncəkindən daha yaxşı keçirməyə çalışırdıq. Bütün final qarşılaşmaları ilə bağlı xatirələrimiz az deyil. Hərəsinin öz yeri var.

Mənim üçün ən yadda qalan final 28 may 2013 cü ildə keçirilən "Neftçi” – "Xəzər Lənkəran” finalı olub. Bu finala 2 aya yaxın hazırlaşmışdıq. Konsert proqramı, möhtəşəm açılış mərasimi, azarkeşlər üçün avtomobil uduşu, jurnalistlərimiz üçün hədiyyələr, bir sözlə heç kim yaddan çıxmamışdı. Xüsusi ilə çempionatımızda çıxış edən legioner futbolçuların ifasında Azərbyacan Respublikasının Dövlət Himninin ifa olunması stadionda möhtəşəm görüntü yaratmışdı.

Çoxu üçün bu 2 dəqiqə 11 saniyəlik video adi gələ bilər. Amma bunun üçün çox əziyyət çəkilmişdi. Bir cümləni futbolçunun düzgün tələffüz etməsi üçün dəfələrlə təkrar çəkiliş olurdu, elə futbolçu vardı ki 2-3 saat vaxt gedirdi. Günlərlə stadioda olurduq, bəzən iş gecə saatlarına kimi dava edirdi. Bu finalda bizim bir gözümüz gülsə də, diğəri ağladı.

Təəsüf ki, oyundan sonra yaşanan qalmaqal hər şeyin üzərindən xətt çəkdi. Bəlkə də işçi heyətimiz daha geniş olsaydı bu hadisə baş verməzdi. Bütün gücümüzü təşkilatçılığa yönləndirsək də baş verə biləcək digər məsələləri unutmuşduq. İstənilən halda bu hadisə xoş olmasa da, bizim üçün bir təcrübə oldu. Necə deyərlər, səhv edərək öyrənirsən. Əslində, bu sözü heç bəyənmirəm, başqalarının səhvinə baxıb onu təkrarlamamaq lazımdır. Səhv edə-edə öyrənsək ona ömür çatmaz".

 

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Baqali Dabo Kipr klubunda

SONRAKI XƏBƏR

10 həftədən sonra ilk Cümə namazı qılındı - FOTO