"Liverpul" Vernerin transferini bitirir

"Liverpul" Vernerin transferini bitirir

"Liverpul" "Leyptsiq"in futbolçusu Timo Vernerin transferini bitirmək üzrədir.

Press.az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı hücumçuya ilinə 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Alman oyunçunun yaxın günlərdə "Liverpul"la rəsmi müqavilə imzalayacağı iddia olunub.

Qeyd edək ki, Verner bu mövsüm 39 matçda 30 qol vurub, 12 qolun ötürməsini verib.

Mənbə: press.az