“Liverpul” Timo Vernerlə 5 illik müqavilə imzalayacaq

İngiltərənin “Liverpul” klubu almaniyalı hücumçu Timo Vernerin keçidini yaxın günlərdə rəsmiləşdirəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi forvardla 5 illik müqavilə imzalayacaq.

24 yaşlı futbolçu yeni klubunda ilə 10 milyon avro qazanacaq. Almaniyanın “Leypsiq” klubunda çıxış edən Verner Premyer Liqada oynamaq istəyindədir. O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppla da bu barədə danışıb.

Qeyd edək ki, Timo cari mövsüm Bundesliqada keçirdiyi 28 matçda 24 qol vurub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO

SONRAKI XƏBƏR

Türkiyə daha bir ilkə imza atdı