Kuboku onlar qazandı

Kuboku onlar qazandı

Avstriya kubokunun qalibi müəyyənləşib.

Press.az xəbər verir ki, həlledici görüşdə “Zalsburq”la ikinci liqa təmsilçisi “Austriya Lestenau” üz-üzə gəlib. Matç 5:0 hesabı ilə “Zalsburq”un qələbəsi ilə başa çatıb.

Bununla da onlar tarixində 7-ci dəfə ölkə kubokuna yiyələniblər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən matç azarkeşlərin iştirakı olmadan keçirilib.

Mənbə: press.az