Baqali Dabo “Neftçi”dən gedir – Yeni klubunu açıqladı

Baqali Dabo “Neftçi”dən gedir – Yeni klubunu açıqladı

Kiprin “Apollon” klubu “Neftçi”nin hücumçusu Baqali Dabo ilə razılığa gəlib.

Qol.az xəbər verir ki, bu barədə Kiprin kerkida.net saytı məlumat yayıb.

Dabo özü sayta açıqlamasında məlumatı təsdiqləyib. O bidirib ki, danışıqlar uğurla yekunlaşmağa yaxındır: “Apollon” əla komandadır. Mən hazırda Azərbaycandakı durumu gözləyirəm ki, görüm, futbol nə zaman bərpa olunacaq. “Apollon”a keçməyə yaxınam. Mən buna çox şadam. Klubun marağı məni sevindirdi”.

 

Mənbə: qol.az