"Barselona" Koutinyunu "Tottenhem"ə göndərməyə hazırdı

"Barselona" Koutinyunu "Tottenhem"ə göndərməyə hazırdı

"Barselona" Filippe Koutinyunu icarə əsasında "Tottenhem"ə təklif edib.

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, "Barsa" "Tottenhem"dən 8 milyon funt sterlinq icarə haqqı istəyir.

Koutinyu hazırda icarə əsasında "Bavariya"da çıxış edir. Münhen klubu 120 milyon avro ödəyərək braziliyalını transfer etmək istəmədiyindən, "katalonlar" alternativ axtarışındadı.

"Barselona" növbəti "transfer pəncərəsi"ndə Koutinyu ilə yolları ayırmağı planlaşdırır. Prioritet oyunçunun satışıdı. Lakin bu baş tutmasa, icarə variantı yalnız bir halda mümkün ola bilər. Digər tərəf 27 yaşlı futbolçuya görə 8 milyon funt ödəməklə yanaşı, onun məvacibini (həftəlik təxminən 222 min avro) qarşılamalıdı.

Fanat.Az

Mənbə: fanat.az