Fati zədələndi

Fati zədələndi

“Barselona”nın hücumçusu Ansu Fati sıradan çıxıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, 17 yaşlı futbolçu dizindən zədə alıb. Onun nə vaxt yaşıl meydana dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, Fati bu mövsüm “Barselona”da 24 oyunda 5 qol vurub və 1 qolun ötürməsini edib.

Mənbə: qol.az