Yaponiyada da futbolun bərpa tarixi açıqlandı

Yaponiyada da futbolun bərpa tarixi açıqlandı

Koronavirus pandemiyasına görə fevraldan bəri dayandırılan futbol üzrə Yaponiya çempionatında mövsümün bərpa tarixi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Yaponiya 1-ci liqası iyulun 4-dən etibarən davam etdiriləcək. Bu barədə Yaponiya Futbol Federasiyası məlumat yayıb.

Xəbərdə bildirilir ki, yüksək liqada mübarizəyə iyulun 4-də start veriləcəksə, 2-ci və 3-cü liqada oyunlar iyunun 27-dən etibarən davam etdiriləcək. Lakin bütün matçlar azarkeşsiz keçiriləcək.

Mənbə: xalqqazeti.com