Arbeloa "Real"a qayıdır

Arbeloa "Real"a qayıdır

Alvaro Arbeloa "Real"ın aşağı yaş qruplarından birinin baş məşqçisi olacaq.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, rəhbərlik artıq bu barədə qərar qəbul edib. Lakin Arbeloanın akademiya daxilindəki 13 komandadan hansını çalışdıracağı indilik bəlli deyil. 37 yaşlı məşqçi bir müddət əvvəl Pro lisenziyası almışdı. Təlim prosesinin gedişində o, "Real"ın akademiyasında təcrübə keçmişdi.

Arbeloa 2002-2006 və 2009-2016-cı illər aralığında Madrid klubunda oynayıb.

Fanat.Az

Mənbə: fanat.az