"Latsio"nun lideri PSJ yolunda

"Latsio"nun lideri PSJ yolunda

"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç PSJ-yə keçməyə çox yaxındı.

Fanat.Az "Le10sport"a istinadən xəbər verir ki, artıq Fransa nəhəngi Roma təmsilçisi ilə danışıqlara başlayıb. Parislilər serbiyalı futbolçunun transferi üçün qarşı tərəfə 60 milyon avro təklif edib.

Xatırladaq ki, PSJ ötən ilin yayında da Milinkoviç-Saviçi rənglərinə bağlamaq istəmiş, "Latsio" top-klubların transfer siyahısında olan liderini 100 milyon avrodan az məbləğə satmayacağını bildirmişdi.

Fanat.Az

Mənbə: www.fanat.az