Kompani Quardiolanın təklifini rədd edib

Kompani Quardiolanın təklifini rədd edib

"Anderlext"in oyunçu-məşqçisi Vensan Kompani "Mançester Siti"yə qayıtmaq niyyətində deyil.

Fanat.Az "DH Les Sports"a istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Quardiola Mikel Artetanın gedişindən sonra Kompaninin köməkçi-məşqçi olmasını istəsə də, belçikalı təklifi rədd edib.

Vensan 2022-ci ilədək nəzərdə tutulmuş müqavilə öhdəliklərini tam yerinə yetirmək istəyir. Bununla yanaşı, 34 yaşlı futbolçu "Anderlext"in səhmdarı olmağı planlaşdırır.

Kompani 11 il "Mançester Siti"də çıxış edib. O, "mavilər"in heyətində Premyer Liqa (4 dəfə), İngiltərə Federasiya Kuboku (2), İngiltərə Liqa Kuboku (4) və Superkubokun (2) qalibi olub.

Fanat.Az

Mənbə: www.fanat.az