Balotelli prezidentlə görüşə getdi - Qəbul edilmədi

“Breşia” rəhbərliyi ilə Mario Balotelli arasında münasibətlər daha da soyuyub.

Qol.az xəbər verir ki, bu günlərdə futbolçu heç bir səbəb göstərmədən məşqə qatılmayıb. Bu isə klubun prezidenti Massimo Çellinonu qəzəbləndirib.

“Corriere dello Sport” xəbər verir ki, dünən Balotelli klubun ofisinə gələrək Çellino ilə əvvəlcədən planlaşdırılan görüşdə iştirak etmək istəyib. Amma o, yarım saat gözlədikdən sonra qəbul edilməyib. 29 yaşlı hücumçu bundan sonra ofisi tərk edib. İtaliya mətbuatına görə, bu, tərəflər arasında son qırılma nöqtəsidir.

Balotellinin “Breşiya” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Amma əgər komanda A seriyasını tərk etsə, bu halda öncədən əldə olunan razılığa əsasən, futbolçuya azad agent statusu veriləcək.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

"Komandada 15-17 nəfərdə koronavirus aşkarlanmışdı" - İtaliya klubunun prezidenti

SONRAKI XƏBƏR

Sabirin sabunları