Fərid Çexiyada növbəti oyuna çıxdı

Fərid Çexiyada növbəti oyuna çıxdı

Çexiyada birinci divizionun 19-cu turuna start verilib.

Qol.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” “Xrudim”i qəbul edib və 0:1 hesabı ilə uduzub. Əsas heyətdə meydana çıxan Nəbiyev 82-ci dəqiqədə əvəzlənib.

Hazırda onun klubu 32 xalla 6-cı yeri tutur.

Mənbə: qol.az