"Komandada 15-17 nəfərdə koronavirus aşkarlanmışdı" - İtaliya klubunun prezidenti

"Komandada 15-17 nəfərdə koronavirus aşkarlanmışdı" - İtaliya klubunun prezidenti

"Sampdoriya"nın prezidenti Massimo Ferrero "Marte" radiosuna müsahibəsində koronavirusla bağlı vəziyyəti şərh edib.

 

Fanat.Az xəbər verir ki, Ferrero komandanın 15 nəfərdən çox üzvündə koronavirus aşkarlandığını bildirib:

"Mövsümün bərpası bizi sevindirir. Çempionat yenidən başlayırsa, deməli, koronavirus adlanan "canavar"ı məğlub etdik. Görünməz düşmənlə vuruşurduq. Amma mən əvvəl də demişdim ki, müəyyən şərtlər daxilində oyunları keçirmək olar.

Epidemiya bizə ağır zərbə vurdu, amma artıq oyunçularımızda hər şey qaydasındadı. Təəssüf ki, bu xəstəlik haqqında məlumatsız idik. Komandamızda 15-17 nəfərin koronavirus testi pozitiv çıxmışdı".

Fanat.Az

Mənbə: fanat.az