5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

"İrtış" Qazaxıstan çempionatındakı çıxışını dayandırıb.

Fanat.Az Qazaxıstan Futbol Liqasının saytına istinadən xəbər verir ki, "İrtış" maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən 2020-cı ildə Qazaxıstan Premyer Liqasında iştirakdan imtina etmək qərarına gəlib.

Pavlodar klubunun iştırakı ilə keçiriləcək oyunlar yenilənmiş təqvimdən çıxarılacaq.

"İrtış" Qazaxıstan çempionatının 5 qat (1993, 1997, 1999, 2002, 2003) qalibidi.

Fanat.Az

Mənbə: fanat.az