Tiaqo Alkantara "Barselona"ya qayıtmaq istəyir

Tiaqo Alkantara "Barselona"ya qayıtmaq istəyir

"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara klubun yeni müqavilə təklifini qəbul etməyə bilər.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Tiaqo və həyat yoldaşı İspaniyaya qayıtmaq niyyətindədilər.

29 yaşlı futbolçu 2013-cü ildən "Bavariya"da çıxış edir. O, "Barselona"nın yetirməsidi. Son məlumatlara görə, Alkantara katalon klubuna qayıtmaq fikrinə düşüb.

İspan oyunçunun "münhenlilər"lə olan müqaviləsi 2021-ci ildə başa çatacaq. Baş məşqçi Hans-Diter Flik onu komandanın vacib oyunçularından biri hesab edir. Bu səbəbdən vəziyyət dəyişə də bilər.

Fanat.Az

Mənbə: fanat.az