Premyer Liqa bərpa edildi: İlk oyunda qonaqlar sevindi

İkiaylıq fasilədən sonra Ukrayna Premyer Liqası bərpa edilib.

Fanat.Az xəbər verir ki, çempionluq qrupunda "Kolos" "Desna"nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Desna"nın heyətində Denis Favorov və Yeqon Kartuşov fərqləniblər.

Ukrayna Premyer Liqası

Çempionluq qrupu

24-cü tur

"Kolos" - "Desna" - 0:2

Qollar: Favorov (64), Kartuşov (84)

Hazırda aktivində 46 xal olan "Desna" 3-cü pillədə qərarlaşıb. "Kolos" isə (26 xal) 6-cıdı.

Qeyd edək ki, UPL koronavirus pandemiyası səbəbindən 15 martda dayandırılmışdı.

Fanat.Az

Fanat.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanı ayağa qaldıran cinayətin yeni görüntüləri ortaya çıxdı - DƏHŞƏT... + VİDEO

SONRAKI XƏBƏR

“Hücum!” əmrinizə müntəzirik, cənab Ali Baş Komandan! - Tarixçi alim İrəvandan YAZDI - II  HİSSƏ