Beşqat ölkə çempionu çempionatdan uzaqlaşdırıldı

Beşqat ölkə çempionu çempionatdan uzaqlaşdırıldı

Qazaxıstanın “İrtış” klubu ölkə çempionatındakı çıxışını dayandırıb.

Qol.az Qazaxıstan Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bununla bağlı klub liqa rəhbərliyinə müraciət edib.

Klubun maddi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün çempionatda iştirakdan imtina etmək qərarına gəldiyi vurğulanıb. Buna görə "İrtış" çempionatdan uzaqlaşdırılıb.

Qeyd edək ki, “İrtış” beşqat Qazaxıstan çempionu və bir dəfə ölkə kubokunun qalibi olub.

Mənbə: qol.az