Avstriya hökuməti iyulda "Formula-1"in mövsüm açılışına ev sahibliyini təsdiqləyib

Avstriya hökuməti iyulda "Formula-1"in mövsüm açılışına ev sahibliyini təsdiqləyib

Avstriya hökuməti iyul ayında "Formula 1"-in mövsüm açılış yarışlarına ev sahibliyini təsdiqləyib.

APA-nın "BBC Sport"a istinadən verdiyi xəbərə görə, yarışlar 5-12 iyul tarixində Spielberqdəki "Red Bull" halqasında bağlı qapılar arxasında tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, 2020-ci il "Formula1" mövsümü mart ayında Avstraliyada başlamalı idi, ancaq koronavirus pandemiyası bu yarışın təxirə salınmasına səbəb olub.

Avstriya yarışları uğurla keçərsə, F1 mövsümü 19 iyulda Macarıstanın Budapeşt şəhərində davam edə bilər.

Mənbə: apa.az