"Arşavini yalnız Messi ilə dəyişə bilərik" - "Zenit"in "Barselona"ya cavabı

"Arşavini yalnız Messi ilə dəyişə bilərik" - "Zenit"in "Barselona"ya cavabı

Andrey Arşavin "Barselona"ya baş tutmayan transferindən danışıb.

Fanat.Az xəbər verir ki, Arşavin "Match TV"-nin efirində qeyd edib:

"Məni "Arsenal"a 18 milyon avroya satdılar, "Barselona" isə 15 milyon ödəməyə hazır idi. Bu qədər, mənə görə başqa hansısa oyunçunu təklif etməmişdilər.

Sadəcə, tipik yay təklifi idi. Selyuk təşkil etmişdi. "Zenit"in "Barselona"ya cavabında qeyd olunmuşdu: "Arşavini yalnız Messi ilə dəyişə bilərik".

Mənə belə deyiblər, tam detalları bilmirəm. Amma dərhal cavab vermişdilər ki, Arşavin satılmır".

"Barsa"da oynamaq üçün öz cibimdən pul ödəyərdimmi? Bilmirəm".

Fanat.Az

Mənbə: fanat.az